Working Hours Monday - Friday 08:00-16:00
Toll Free 1800.899.900

AzMİU-da “Azmərtəbəli yaşayış evlərinin layihələndirilməsi” master-klassı

  • Home
  • /
  • AzMİU-da “Azmərtəbəli yaşayış evlərinin layihələndirilməsi” master-klassı

AzMİU-da “Azmərtəbəli yaşayış evlərinin layihələndirilməsi” master-klassı

02-12-2025

Tanınmış memar Toğrul Ruslanoğlu gənc memarların peşəkar inkişafına dəstək məqsədilə ilə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Azmərtəbəli yaşayış evlərinin layihələndirilməsi” mövzusunda master-klass keçib.

Təcrübəli memar nəzəri biliklərini tələbələr bölüşüb, real layihə nümunələri əsasında praktiki yanaşmaları paylaşaraq onların peşəkar baxışlarının formalaşmasına töhfə verib, iştirakçılara bu tip tikililərin əhali miqyasına uyğunluğu, ekoloji dayanıqlılığı və müasir memarlıq trendlərinə cavab verən üstünlükləri barədə geniş izah verib.

Master-klass interaktiv şəkildə davam edib. Tələbələr qonağa eskiz hazırlığı, konsept quruculuğu və layihə analizi ilə bağlı suallar ünvanlayıb, real təcrübəyə əsaslanan ətraflı cavablar alıblar. Praktiki nümunələr üzərində aparılan təqdimatlar gənc memarlarda yaradıcılıq düşüncəsi və layihələndirmə bacarıqlarını daha da gücləndirib.

Sonda Toğrul Ruslanoğlu bu təşəbbüsün tələbələr tərəfindən böyük maraqla qarşılanmasından məmnunluğunu bildirib. Bu kimi tədbirlərin gənc memarların inkişafında və ölkənin memarlıq mühitində bilik mübadiləsinin gücləndirilməsində mühüm rol oynadığını vurğulayıb.

Master-klass iştirakçılar üçün dəyərli peşəkar təcrübə kimi yadda qalıb.

Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd tələbələri azmərtəbəli yaşayış məkanlarının şəhərsalma strukturundakı rolu, funksionallığı, landşaftla inteqrasiyası və düzgün material seçiminin əhəmiyyəti barədə məlumatlandırmaqdır.

Onlar bizə inanır!

text.homepage.clients.title2

Banner 1
Facebook
GÖRÜŞ VƏ RAZILAŞMA
interyer dizaynı
eksteryer dizaynı
İDEYA VƏ KONSEPT
Banner 2
Instagram
landşat dizaynı
Banner 3
DİZAYN ET VƏ YARAT
parallaxın fon şəkli buradan dəyişilir  - SİLMƏ